Baku Agro Park

Trade Mark Leo Burnett müasir istixana kompleksi olan “Baku Agro Park” üçün brendinq və identifikasiya hazırladı. Müasir istixana kompleksi - «Baku Agro Park»  10 hektar ərazisi ilə 2017-ci ildə istifadəyə verilən və ən son Avropa standartlarına uyğun inşa edilmiş kompleksdir. Abşeron yarımadasının bölgəsi olan Zirə, uzun zamanlardan pomidorları ilə məşhurdur. Məhsuldar torpaq, çoxlu günəş, təmiz dəniz havası kimi unikal iqlim şəraiti, bölgədən belə uzaqda tanınan ənənələrin yaranmasına öz töhfəsini verdi.

Ənənələrə sadiq qalaraq, “Baku Agro Park” ən son kənd təsərrüfatı texnologiyalarını aqronomiya nailiyyətləri ilə birləşdirdi. Şirkət, istehsal prosesində yalnız ekoloji cəhətdən təmiz və təsdiqlənmiş bitkiçilik üsullarından və bitkilərin zərərvericilərə qarşı qorunması üsullarından istifadə edərək, ekologiyaya böyük diqqət ayırır.

Məhz buna görə, «Baku Agro Park» istixana kompleksinin məhsulları yüksək dad keyfiyyətinə, mükəmməl görünüşə və uzunmüddətli istifadə müddətinə malikdir və eyni zamanda ekoloji cəhətdən təmiz və sağlamdır.

«Baku Agro Park» - Azərbaycan kənd təsərrüfatı ənənələrinin və Avropa istehsal standartlarının birləşməsi.

«Baku Agro Park» kompleksinin açılışı media və xəbər portalları tərəfindən geniş şəkildə işıqlandırılmışdır. Məqalə üçün linkə keçin: https://azertag.az/en/xeber/france-1117590