Zirə Limanı Dəniz Sənayesi Kompleksi

Azərbaycanın neft və qaz sənayesi “Əsrin Müqaviləsi” bağlanan zamandan bu yana sürətlə inkşiaf etməyə dəvam edir. İstifadəyə verilən ilk şəxsi liman - Zirə Limanı Beynəlxalq Dəniz Kompleksi, milli iqtisadiyyatın əhəmiyyətli hissəsi olan logistika optimallaşdırılmasında vacib rol oynayır. Kompleks, neft və qaz avadanlıqları istehsalı, dəniz poladı konstruksiyalarının quraşdırılması və liman və logistika xidmətlərinin təminatı ilə bilavasitə əlaqəlidir.

Trade Mark Leo Burnett Zirə Limanı üçün marka identifikasiyası və yerləşdirmə platforması hazırlayıb. Loqo dəniz kompası əsasında hazırlanıb; istiqamətlər, konstruksiya və qaynaq qıvılcımları liman kompleksinin sənaye potensialını əks etdirir. Loqodakı Xəzər dənizi Azərbaycanın Xəzər Regionunda logistika mərkəzi rolunu təmsil edir.

Dənizdə tətbiqin, sərt mühitin və tez yoruculuğun çətinliyi səbəbi ilə, loqonun istifadədə asan, əlaqələndirici və  limanın əsas fəaliyyətini əks etdirən şəkildə olması prinsipi ilə hazırlanıb.