ProDel - Peşəkar Çatdırma Xidməti

Biz Azərbaycanda bir ilk olan - marketlərdən çatdırma proqramı ProDel üçün parlaq və dinamik loqo və brendinq hazırladıq. ProDel sizə ən yaxın marketdən ərzaq çatdırılmasını təmin edən tam yeni xidmətdir. Bu proqram Bakıda vaxtına və puluna qənaət etmək istəyən hər bir şəxs üçün əvəzolunmaz həll yoludur. Bir toxunuşla Məhsul sizin səbətinizdədir. Tez və Asan.