Bizim İnsani Fəlsəfəmiz

Yaradıcılıq insan davranışında dəyişiklik etmək gücünə sahibdir. Leo Burnett’in İnsani Fəlsəfəsi, reklam, marka təklifləri və ya məhsulların satışı ilə əlaqəli deyil. Bunun əvəzinə, İnsani Fəlsəfə, insanlar, davranışın məqsədi və dəyişilməsi haqqındadır. Bu fəlsəfə marketinq sahəsində insan faktorunu əsas amil kimi qəbul edən yeni nöqteyi-nəzərdir. Bu reklam yox, əməl yaratmaq deməkdir. Əslində, İnsani əlaqələr, yaradıcılığın insan davranışında hansı dəyişikliklərə yol açdığının göstəricisidir.

Bizim üçün ən əsas faktor insan və onun davranışıdır. Buna görə, markayla işləyən zaman, verdiyimiz əsas suallar – bu marka insanlara nə verəcək? bu marka nə üçündür? kimi suallardır. Çünki, anlamsız olan marka səhv anlaşıla və qəbul edilməyə bilər.

Biz hər bir insanın qəlbində müsbət təsir oyadacaq fikirlərin yaradıcısı olmaq arzusundayıq. Həmçinin, biz yaradıcı yanaşmamızın insanların davranışında dəyişikliklər edəcəyinə və həyatlarının daha yaxşı olmasına səbəb olacağına inanırıq.