Leo Kimdir?

Leo Burnett ( 21 oktyabr 1891 – 7 iyun 1971) Amerikalı reklam icraçısı və ‘Leo Burnett Worldwide’ kimi tanınan Leo Burnett Şirkətinin təsisçisidir. O, 20-ci əsrdə, reklam sahəsinin Tony the Tiger, Charlie the Tuna, the Marlboro Man, the Maytag Repairman, United's "Fly the Friendly Skies," Allstate's "Good Hands" kimi ən tanınan obraz və kampaniyalarının yaranmasından və McDonald's, Hallmark və Coca-Cola kimi çoxmillətli müştərilərlə qarşılıqlı əlaqələr qurmaqdan məsul idi. 1999-cu ildə, Burnett, Time Magazine tərəfindən 20-ci əsrin 100 ən nüfuzlu şəxslərindən biri adlandırıldı.