Şirkətimizin simvolları

 

 

 

Böyük qara qələmlər

Leo Burnett Şirkəti böyük qara qələmlər istifadə etdiyinə görə olduqca məhşurdur. Belə qələmlərin istifadəsi “böyük ideyalar böyük qələmlərdən çıxır” fəlsəfəsi ilə bağlıdır. Böyük qara qələm Leo Burnett’in ən sevimli yazı alətidir. Bu Leo Burnett obrazının arxasında duran ilhamdır. Böyük. Cəsarətli. Ürəkli. Ancaq mürəkkəb düşüncənin təkəbbürü və ya silgi ilə daha rahat hiss edilən ürkəklik olmadan. Qısa, qalın, qara qələm. Ağıllı düşüncə ilə intuitiv yaradıcılığı birləşdirən zaman bu sadə, mütənasib olmayan qələm güclü silaha çevrilir. Çünki, biz barmaqlarımızı qələmə saran zaman, beynimizi, ürəyimizi və qəlbimizi müştərinin problemi ətrafına sarırıq. Biz imtina etmirik, əldən buraxmırıq.

Alma

 Alma, Böyük Depressiyanın ortalarında, Leo Burnett alma ilə dolu qabı qəbulda qoymağa qərar verdiyi andan etibarən, Leo Burnett şirkətinin simvoluna çevrilmişdir. Böyük depressiya zamanı açılan şirkət bir çox söhbətlərə səbəb olmuşdur.  Bir çoxları Leo Burnett’in  küçədə alma satmağına az qaldığını söyləmişdi. Alma, illər boyu, Leo Burnett Şirkətinin qonaqpərvərlik və uğur simvolu olmağa dəvam edir.

 

 

Ulduz

Ulduz, Leo Burnett şirkətinin simvoluna, Leo Burnett’in “ulduzlara çatdığınız zaman, onları əldə edə bilməsəniz belə, əliniz palçıq olmadan geri qayıdacaqsınız” fəlsəfəsi nəticəsində çevrilmişdir. Və onlar bu fəlsəfəni etdikləri hər iş uğurlu alınsın deyə hər zaman dəstkləyir.