Dünya Skaut Konfransı 2017

166 ölkəni təmsil edən 1500 iştirakçının qatıldığı 41-ci Dünya Skaut Konfransı, Dünya Skautinqi tarixinin ən irimiqyaslı konfransına çevrildi

Biz, 2017- ci il, Bakı şəhərində keçirilən Dünya Skaut Konfransı üçün təşkil olunan Milli Komitənin bir hissəsi olmaqdan qürur duyuruq. Görülən irihəcmli işlərin nəticəsində, biz, müvəffəqiyyətlə, Dünya Skaut Konfransı üçün brendinq, vebsayt təşkili, rəqəmsal dəstək, istehsalat, PR, sosial şəbəkə, yerli və beynəlxalq mediya dəstəyi kimi tam əhatəli PR və Kommunikasiya xidmətlərini təmin etdik.


Əziz Konfrans iştirakçıları:
Mən dünyanın ən nüfuzlu və üzv sayına görə ən böyük ictimai təçkilatlarından biri olan Dünya Skaut Hərəkatı Təşkilatının nümayəndələrini ürəkdən salamlayıram.

İnanıram ki, 41-ci Dünya Skaut  Konfransı unudulmaz hadisələrlə yadda qalacaq. Bu il, Skaut Hərəkatı 110 illiyini qeyd edir. Təşkilatın tarixində ilk dəfədir ki, ali orqan Avrasiya regionunun bütün skautlarını bir araya toplayır. Konfrans həm ölkə nümayəndəliklərinin, həm də iştirakçıların sayına görə ən böyük və nüfuzlu tədbirdir. 161 ölkənin təxminən 1500 nümayəndəsi Azərbaycanda toplanmışdır.

Yalnız 15 il öncə, Azərbaycan Skautlar Assosiasiyası ilk dəfə Dünya Scout Konfransında iştirak etmişdir. Və bu gün Azərbaycan artıq bu Konfransa ev sahibliyi edir. Bu seçim həqiqətən gözlənilən idi və bu ölkəmizdə Skaut Hərəkatının dinamik inkişafını əks etdirir. Cəmiyyətimiz aktiv vətəndaşlıq, mənəvi sağlamlıq, Vətənə sadiqlik, gənclərin harmonik inkişafı və cəmiyyətə müsbət qatqı kimi iz qoyma ideallarını qəbul edir. Çünki onlar əsrlər boyu xalqımızın  dəyərləri ilə bir yerdə durur. Eyni zamanda, Skautinq, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas hədəfləri ilə üst-üstə düşür.

Bu ilki Birlikdə Müsbət Dəyişikliyə doğru ruhu ilə başlayan konfrans, əsas olaraq birlik və qarşılıqlı hörmət dəyərlərini, birlikdə yaşamaq və çalışmaq bacarıqlarını əks etdirir. Bu dəyərlər müxtəlif etnik və multikulturalizmin ənənələrini qoruyan Azərbaycan həqiqətlərinin, tarixin və ölkəmizin indiki dövrünün göstəricisidir. Öz milli və dini mənşələrinə baxmayaraq, ölkəmizdə yaşayan insanlar sülh və firavanlıq şəraitində yaşayır və hərtərəfli inkişaf edir.

Ölkəmizdə son illərdə keçirilən bir sıra mühüm beynəlxalq tədbirlər Azərbaycanın sürətli inkişafını, beynəlxalq əməkdaşlığa və etibarlı tərəfdaşlığa hazır olduğunu nümayiş etdirir və dünyanın daha təhlükəsiz və sağlam bir yer olmasında rol oynayır. Həqiqətən, 2012-ci ildə keçirilən Eurovision Mahnı Müsabiqəsi, 2014-cü ildə Gənclər Siyasəti üzrə ilk Qlobal Forum, 2015-ci ildə keçiriləcən ilk Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2017-ci ildə Formula 1 Baku Grand Prix kimi tədbirlərin təşkili, Azərbaycan üçün  çox simvolikdir, çünki ölkəmiz mədəniyyətlərarası dialoqun dünya mərkəzlərindən biri hesab edilir.

XXI əsr cəmiyyət və dövlətlərdən insanlığın və ətraf mühitin mühafizəsi, dünya təhlükəsizliyinin təmin edilməsi üçün vacib və təcili qərarlar qəbul etməsini tələb edir. Bu qərarları qəbul edərkən, tanınmış beynəlxalq təşkilatlar və gənc nəsillər səslərini açıq və aydın şəkildə yüksəltməli və tam inamla və məsuliyyətlə hərəkət etməlidirlər.

41-ci Dünya Skaut Konfransı iştirakçılarına effektiv, səmərəli və uğurlu iş arzu edirəm. Mən əmiməm ki, sizin müzakilərələriniz və qərarlarınız 40 milyon insanı bir araya toplayan təşkilatın daha da kütləvilələşməsinə töhfə verəcək.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 avqust 2017-ci il


Bakıda toplanan bütün Skaut Hərəkatı dostlarını salamlayıram! Azərbaycan Dövlətinə Konfransa ev sahibliyi etdiyi üçün təşəkkür edirəm.
Bütün Gənc İştirakçıları təbrik edirəm.
Birləşmiş Dövlətlərin Skautlarla  çox ortaq yönləri var.
Baş Katib Cənab Ahmad Alhendawi, Birləşmiş Dövlətlərin ilk Gənclər Elçisidir. Onun etdiyi qiymətli töhfələrə bələdəm. Birləşmiş Dövlətlər və Skautlar eyni humanist ruha sahibdir.
Skautlar öz cəmiyyətlərinə kömək edir, ətraf mühiti qoruyur və köməyə möhtac insanlara yardım edir. Skautinq insanlara şəvqəti öyrədir – və cəmiyyəti hər kəs üçün daha yararlı edir.
Sizin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün 165 ölkədən 40 milyon insanı toplamaq niyyətinizi alqışlayıram.
Bu həqiqətən təsirlidir. Hər kəs üçün şərəfli həyata dair baxışı həyata keçirmək üçün Skautlara inanıram.
Təşəkkürlər!

António Guterres 
Birləşmiş Dövlətlərin Baş Katibi


 

Skautinq – dünya üzərində 40 milyondan çox skautların olduğu ən böyük gənclər hərəkatıdır.

Dünya Skautinqinin liderləri Dünya Skaut Konfransı üçün 14 avqust 2017-ci il Bakıda toplaşır: Bu gün, 40 milyodan çox Skautu təmsil edən Milli Skaut Təşkilatlarının Liderləri 41-ci Dünya Skaut Konfransı üçün  Bakıda toplaşıb. Dünya Skaut Hərəkatı Təşkilatı tərəfindən təşkil olunan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyasının ev sahibliyi etdiyi bu tədbir, 18 avqust 2017-ci il tarixinədək Bakı Konqres Mərkəzində keçiriləcək.


2014-cü ilin avqust ayında, Azərbaycan iki mötəbər tədbirə - Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi etmək hüququnu qazandı. “3 il əvvəl, Sloveniyada keçirilən Dünya Skaut Konfransı zamanı, Azərbaycan səsvermədə qalib gəldi. Ölkəmiz, güclü Skautinq ənənələrinə sahib Malayziya ilə rəqib idi və yalnız bi neçə səslə qazandı.” Bu sözləri, 13-cü Dünya Skaut Gənclər Forumunun Direktoru, Nərgiz Balakişiyeva bildirdi. “Birlikdə Müsbət Dəyişikliy doğru” mövzusu olan Konfransda, keçən 3 il ərzində baş vermis irəliləyiş gözdən keçiriləcək və hal-hazırda Dünya Skautinqinə təsir göstərən tendensiyalar müzakirə olunacaq. Həmçinin, Konfransda müxtəlif məsələlər üzrə qərarlar qəbul ediləcək, Vision 2023-ə nail olmaq üçün səylər göstəriləcək, Dünya Skaut Hərəkatı Təşkilatının icra orqanı olan Dünya Skaut Komitəsinin Sədri və üzvləri seçiləcək.

Konfrans zamanı yeni Üzv Təşkilatların təntənəli qarşılanması, 3 əsas Dünya Skaut Tədbiri olan Dünya Skaut Camborisi, Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumunun yeni ev sahiblərinin seçilməsi baş tutacaq. Həmçinin, Azərbaycan bölgələrinə müxtəlif turlar təşkil olunacaq, xüsusi “Mədəniyyətlə tanışlıq axşamı” keçiriləcək. Bu təbirdə iştirakçı ölkələrin təmsilçiləri mədəniyyətlərin və tarixi ənənələrin müxtəlifliyini yeməklər, musiqi və rəqslərlə bir biriləri ilə paylaşacaq.

13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı Avrasiya Skaut Regionunda baş tutacaq ən böyük Sakutinq tədbirlərindən biridir. Azərbaycan Skautlar Assosiyasiyası, 2000-ci ildən Dünya Skautlar Hərəkatı Təşkilatının üzvüdür. Assosiasiyanın prezidenti İlyas İsmayıllı, həmçinin, Milli Komitənin Sədridir.

 


Əsas Kommunikasiya Vasitələri:

www.wsc2017.az vebsaytı
➢ Sosial şəbəkə
➢ Facebook
➢ İnstagram
➢ Twitter
➢ Şəhərin bayır reklamı (bilbordlar, skrollerlər, LED monitorlar)
➢ Şəhərə baxış (bayraqlar, banerlər, avtobuslar, məkan, hava limanı və otel brendinqi, Naviqasiya)
➢ Azərbaycanın mediya platformaları
➢ Xəbər portalları və saytları
➢ Televiziya
➢ Scout.org (xəbərlər və press-relizlər)
➢ Flickr (rəsmi qalereya)
➢ Facebook və Youtube vasitəsi ilə canlı yayımlar
➢ İnfluyenser Marketinqi
➢ Sərgilər


Results:

Tədbir və tədbir xəbərləri Dünya Skaut Hərəkatı Təşkilatının rəsmi vebsaytı scout.org/live əsas səhifəsində Sosial Bölmədə göstərildi. Bu bölmədə, Twitter, Instagram, Youtube and Facebook sosial şəbələrərinin istifadəçiləri #ScoutForum və #ScoutConference vasitəsi ilə müxtəlif paylaşımlar etdi. 16 milyon paylaşımı 3 milyon 700 min nəfər izlədi.

Tədbir bütün dünyada böyük maraq və rezonansa səbəb oldu. 161 ölkədən minlərlə insan Forum və Konfrans tədbirlərini və soydaşlarının qazandığı uğurları izlədi. Əminliklə bildirmək olar ki, xarici mediya, vebsayt və televiziya vasitəsi ilə, tədbir haqqında 200-dən çox xəbər və hadisə paylaşıldı.

Daha ətraflı məlumat üçün www.wsc2017.az  saytına müraciət edə bilərsiniz.

Dünya Mediyası

• hu ngtonpost.com
• euronews.com
• koreapost.com
• un.org
• thesundaily.my
• wam.ae
• borneobulletin.com.
• dailymirror.lk
• evensi.com
• arabnewsnetwork.ae
• wsm2017.com
• bernama.com
• ocaz.eu
• southsouthnews.com
• moi.gov.mm
• menafn.com
• jobstreet.com.my
• topix.com
• dailypioneer.com
• pfadndenindeutschland.de
• scouts.hr
• vcp.de
• scouts.org.uk