Black Lounge

Trade Mark Leo Burnett, Black Lounge üçün identifikasiya hazırladı.
Black Lounge Loqosu – minimalizm tərzində olan məkanın adının monoqramıdır. Loqonun ideyası məkanın adından yarandı və qara dördbucaq olaraq təsvir edildi. Dəqiq konstruksiya loqonu asanlıqla yadda qalan və heyrətamiz edir, eynilikdə Kazimir Maleviçin “Qara Kvadrat” əsəri kimi. Qara rəng təmkinliyi və zərifliyi simvolizə edir. Bu rəng birmənalı qarşılanmır, həmçinin, cəsarət və itaətsizlik ilə əlaqələndirilir. Ən sadə formada. Loqo ikililiyi xatırladır  və eyni zamanda ''B'' monoqramıdır. ​ Lounge-un konspepsiyası qara rəngin istifadəsində əsaslanıb. Loqonu hazırlayarkən iki rəng istifadə olunub: ağ və qara. Bu Black Lounge-un klassik və sadə konsepsiyasını özundə yansıdır. Black Lounge interyerində hər bir detal öz funksiyasını yerinə yetirir və rəqibsiz stil yaradır! Lounge’un yüngül və rahat abu-havası qonaqları qara rəngin dünyasına aparır. Bu müəssisənin formatı alışmış olduğunuz bütün yerlərdən tamamilə fərqlənir. Burada siz böyük və səsli kompaniya ilə, xüsusi ilə təchiz edilmiş VİP-otaqlarda unudulmaz vaxt keçirə bilərsiniz. Xüsusi diqqət klubun interyerinə ayrılıb. Ümumi zal və ayrıca otaqların unikal atmosferini yaradan dizaynerlərin xəyal gücünə heyran qalacaqsınız!
_
Brendinq Leo Burnett tərəfindən
İnteryer və konsepsiya dizaynı JY Studio tərəfindən

Link: http://www.nargismagazine.az/68468