"Adım Qapıdan nə Zaman Çıxarmalı"

Leo Burnett Dekabr ayının 1, 1967-ci il

Leo Burnett, 76 yaşında şirkət rəhbəri vəzifəsindən ayrıldığı gün, çalışanlarına təqdim etdiyi vida ismarıcı diqqətəlayiqdir. 

1967-ci il dekabrın 1-də təqdim olunan qeydlər agentlik strandartlarının təlimatı kimi xidmət göstərir. Qeydlər şirkətin prinsiplərində əksini tapmışdır və Leo’nun standartlarına uyğun olan peşəkar reklam təcrübələri və reklam istehsalı sahısəndə çaılşan əməkdaşlarının bu günədək yaddaşında qalmışdır.


Nə vaxtsa bir gün binanı tərk etməyə qərar verdiyim an, siz və ya sizin dəvamçılarınız mənim adımı da binandan silmək istəyəcək.

Siz özünüzü "Twain, Rogers, Sawyer and Finn, Inc." və ya "Ajax Advertising" və ya Digər adlandırmaq istəyəcəksiniz.

Sizin üçün yaxşı olan – əlbəttə ki, mənim üçün də yaxşıdır.

Lakin, icazə verin, adımı nə zaman qapıdan çıxarmağı tələb edəcəyimi sizə özüm deyim.

Gün gələcək siz pul qazanmağa şirkətin adına layiq reklam ərsəyə gətirməkdən daha çox vaxt xərcləyəcəksiniz.

Reklamçılığın əyləncəli tərəfinin və ondan aldığınız həzzin, sahənin kreativ ab-havasının, bizim şirkətin yaranmasında yardımçı olan – yazıçılar və rəssamlar tayfası, biznes peşəkarları üçün pul qədər önəmli olduğunu unutduğunuzda.

Etdiyiniz heç bir işin yetərli qədər yaxşı olmaması hissini itirdiyinizdə.

Müştəri, pul və lazım olan səylərə baxmayaraq, işin özünlükdə yaxşı görülməsi istəyini itirdiyinizdə.

Bünövrəliliyə olan ehtirası itirdiyinizdə - uduzmağa olan nifrətiniz bitəndə.

Təzə, yaddaqalan və inandırıcı təsir yaradan söz və görüntü əlaqəsinə, qaydasına və dolayısılığına çatmağı dayandırdığınız zaman.

Leo Burnett Şirtkətinin yalnız yaxşı reklamçılıq barədə olduğu fikirinə özünüzü həsr etməyi dayandırdığınız zaman.

Toronun adlandırdığı “vicdanlı korporasiya” – yəni, mənim fikrimcə, vicdanlı qadın və vicdanlı kişi korporasiyası olmağı dayandırdığınlz zaman.

Hər zaman agentliyin qan damarı - ən mərkəzi bütövlüydən uzaqlaşmağa başladığınız zaman.

Tez pul qazanmaq üçün, məqsədəuyğunluğu yoxlamağı və imkanlarınız üçün çalışmağı dayandırdığınız zaman.

Kobudluğa, yararsızlığa dair incə olsa belə işarə göstərdiyiniz və baş verənlərin uyğunluq hissini itirdiyiniz zaman.

Əsas marağınız yaxşı, ağır və möhtəşəm iş yerinə yalnız ölçünün böyük olmasına çevrildiyi zaman.

Dünyagörünüşünüzün yalnız ofis divarlarının sıfırdan beşə qədər olan pəncələri arasında döndüyü zaman.

Təvazörkarlığınızı itirdiyiniz və çəkmələrinizə bir balaca böyük olan weisenheimers’lərə çevrildiyiniz zaman

Almalar yalnız yeyilən və ya cilalanan bir meyvəyə çevrilən – yəni, bizim identikanın bir parçası olmağı dayandıran zaman.

Nəticədən razı qalmadığınız və sadəcə öz işini yerinə yetirən adamın üzərinə getdiyiniz zaman.

Güclü və həyati ideyalar üzərində işləməyi dayandırdığınız və gündəlik istehsal xəttinə keçdiyiniz zaman.

Səmərəliliyin, kreativ ruhun və yaratmaq istəyinin həvaləyə verilib idarə olunmasına inandığınız, kreativliyin yalnız təkəbbürlü, stimullaşdırıcı ola biləcəyini və ilham verə biləcəyini unutduğunuz zaman.

“Kreativ agentlik” olaraq saxta xidmət göstərməyə başladığınız zaman.

Bu zaman, mən artıq adımın qapıdan çıxarılmasına təkid edə bilərəm.

Və adım qapıdan çıxarılacaq.

Öz adımı sizin hər mərtəbənizdən silmək üçün bütün gecə sərf etməli olsam belə.

Və mən DE-materilizə olmazdan öncə, ulduza-çatan simvolu da siləcəm. Və bütün ofis ləvazimatlarını yandıracam. Və gedərkən bir neçə reklam banerini didikləyəcəm. Və hər lənətə qalmış almanı liftdən aşağı atacam. Növbəti gün ofisi tanımayacaqsınız belə. Digər bir ad axtarmaq məcburiyyətində qalacaqsınız.