"Leo Burnett Worldwide" Azərbaycan filialı olan "Trade Mark Leo Burnett" şirkətinin rəsmi açılışını elan etdi

Dünyaca məhşur reklam agentliyi olan "Leo Burnett Worldwide" Azərbaycanda açılış mərasimi

 

"Leo Burnett Worldwide" Şərqi Avropada olan fəaliyyətlərini genişləndirməyə dəvam edir və Azərbaycanda öz filialını açır.

 

Azərbaycan, Bakı. 14 aprel 2015-ci il Leo Burnett Şərqi Avropa rəsmi olaraq Azərbaycanda “Trade Mark Leo Burnett” filialının açılışını elan etdi.

Leo Burnett agentliyinin yeni filialının açılışı yerli bazarda uzun illər uğurla fəaliyyət göstərmiş Trade Mark tərəfindən həyata keçirildi. Agentlik bir çox sayıda yerli və beynəlxalq müştərilərlə iş birliyi qurmuşdur: Samsung, Azpetrol, AGBank, Avropa Bankı, Alhokair, Hertz, Lactalis Groupe, Azərbaycan Respublikası Dövlət Neft Fondu və s. 2014-cü ildə Orta Asiyanın (Qazaxstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Azərbaycan) Kreativ Reklam Reytinqi sıralamasında birinci kreativ reklam agentliyi adına layiq görüldü.

 “Trade Mark Leo Burnett” şirkətinin əsas məqsədi “Leo Burnett Worldwide” şirkətinin əməliyyat mükəmməlliyini və agentliyin İnsani fəlsəfəsi ilə uzlaşdırmaqdır.

 “Leo Burnett Eastern Europe” şirkətinin Sədri və Baş icraçı direktoru olan Vladimir Tkaçovun hesabatına əsasən,“Trade Mark Leo Burnett” “Leo Burnett Eastern Europe”-un bir hissəsi kimi fəaliyyət göstərəcək.

“Leo Burnett Eastern Europe” Sədri və Baş icraçı direktoru Vladimir Tkaçov, “Trade Mark Leo Burnett” şirkətinin açılış mərasimində çıxış etdi: “İndiki zamanda Azərbaycan ən tez inkişad edən iqtisadiyyatlardan birinə malikdir. Azərbaycan sürətli inkişaf edən bazar olduğuna görə, biz bu cür bazarlara maraq göstəririk. Bu bazarı bir neçə il gözdən keçirdik  və mümkün tərəfdaşlarla danışıqlar apardıq. İndi biz doğru zaman olduğunu düşünürük. Bir tərəfdən, daxili bazar beynəlxalq yaradıcılıq standartlarına uyğundur. Digər tərəfdən, Azərbaycanda yalnız yerli yox, həm beynəlxalq səviyyədə marka yaratmaq arzusu və istəkləri olan çox sayıda biznes sahələri var. Biz, öz növbəmizdə, onlara bu iki aspektdə kömək etməyə hazırıq.”

“Trade Mark Leo Burnett” şirkətinin təsisçisi Araz Nağıbəyli: “Bu sahədə ilk addımları atmağa başladığımız zamandan, Azərbaycanda  “Leo Burnett” şirkətini qurmaq arzumuz idi. Və bu xəyal gerçək oldu. Açıq inkişaf strategiyası və cəsarətli layihələr bizə ciddi seçkidən keçməyə və tanınmış və nüfuzlu təşkilatın nümayəndələrinə çevrilməyə kömək etdi. Lakin, komandamızın peşəkarlığı və yaradıcılığı daha da böyük rol oynadı. Çünki, hər hansı  bir yaradıcılıq sahəsi kimi reklam işi sahəsi də, tamamilə insanlardan asılıdır. Fikiri yaradan insanlardır, fəaliyyətimiz isə fikir yaradıcılığına yönəldilib. Ölkəmizin reklam mədəniyyətinin inkişafına kömək edən fikir yaradacılığına.”

“Trade Mark Leo Burnett” şirkətinin Baş Direktoru Abbas Fatullayev: “Əfsanəvi beynəlxalq şəbəkə olan “Leo Burnett” şirkət nümayəndəliyinin açılışı bizim üçün çoxdan gözlənilən bir hadisədir. Biz, Azərbaycanda hər zaman ən yaxşı yaradıcı məhsul yaratmağa çalışmışıq və artıq yaradıcılıq standartlarının yeni səviyyəsinə - beynəlxalq səviyyəyə çatmaq arzusu və gücümüz olduğunu hiss edirik. Biz yaradıcı düşüncə gücünə inanırıq, ulduzlara çatmaq üçün çalışırıq və ümid edirik ki, bu bizi müvəffəqiyyətə aparacaq."


Soldan saga: Vladimir Tkaçov , Araz Nağıbəyli, Abbas Fatullayev

“Leo Burnett Worldwide”, müştərilərin işini dinamik şəkildə dəyişdirmək üçün yaradıcılığı işə salır. Marketinqdə İnsani Fəlsəfə yanaşması sayəsində, agentlik, insan davranışında dəyişiklik etmək üçün, markanın məqsədini kommunikasiyanın mərkəzinə qoyur. Leo Burnett dünyanın 85 ölkəsində 96 ofisi və 8,000-dən çox işçisi olan ən böyük agentlik şəbəkələrindən biridir. Fransız reklam və rabitə holdinqi ”Publicis Groupe” bir hissəsidir. Coca-Cola, Fiat, Kellogg, Kraft, McDonald's, Nintendo, P & G, Samsung və s. kimi dünyaca məhşur markalar ilə işləyir. Son altı ildə Leo Burnett, Beynəlxalq ANDY Mükafatları, ADC Mükafatları, MENA Kristal Festivalı və Kann Şirləri Festtivalı kimi beynəlxalaq tədbirlərdə “İlin Şəbəkəsi” adına layiq görülüb. Leo Burnett Worldwide və onun zəngin, təxminən 80 illik məhşur markalar yaratma tarixi haqqında daha ətraflı məlumat üçün, bizim saytımızı, Facebook səhifəsini ziyarət edin və @leoburnett vasitəsi ilə izləyin.