Mark Tutssel "Leo Burnett Worldwide" Şirkətinin İcraçı Sədri Seçildi

Leo Burnett’in Özündən Sonra Agentliyin İlk Kreativ Lideri

Bu gün, Mark Tutssel “Leo Burnett Worldwide” şirkətinin icraçı sədri seçildi. Şirkətin hazırki prezidenti, Rich Stoddart yeni bir müəssisə qurmaq üçün vəzifəsini tərk edir.

Tutssel yeni vəzifəsində kreativ mükəmməllilik və inkişafı diqqət mərkəzinə qoyaraq müştərilər adından qlobal şəbəkənin kollektiv ruhunu  işıqlandıracaq və Leo Burnett’in xüsusi mədəniyyətindən yararlanacaq.

Tutssel’in qlobal kreativ direktor başçılığı altında, Leo Burnett, Samsung, McDonald’s və Coca-Cola kimi brendlər üçün bir çox dünyamiqyaslı reklam kampaniyaları həyata keçirdi. “Cannes Lions İlin Kreativ Marketoloqu” kimi prestijli mükafatın qalibi seçildi. Tutssel’in fəaliyyəti nəticəsində, agentlik Kan festivalında doqquz Qrand Priks mükafatını qazandı və ən çox mükafat qazanan top 5 agentlik şəbəkəsindən biri adına layiq görüldü.

Publicis Qrupun İcraçı Direktoru Arthur Sadoun belə qeyd etdi: “İlk öncə, Rich Stoddart‘a Leo Burnett’in müştərilərinə, mədəniyyətinə və insanlara olan bağlılığına görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Agentliyə həsr etdiyi 23 ildən sonra, Rich yeni məqsədlərinə çatmaq üçün öz yolunu Leo Burnett’lə ayırdı. Mark’ın agentlikdə təyinatı bizim tərəfimizdən kreativliyin mərkəzinə qoyulan dəyərin dərin bəyanətidir. Mark, Leo Burnett’in özündən sonra Agentliyin İlk Kreativ Lideri olacaq. Mark, bizim sahədə özünü isbat etmiş, sevilən və ən çox mükafatlandıran kreativ liderlərdən biridir. Və mən onun marka-qurucu kreativ dünyasında olan təsirinə qarşı dərin hörmət hissi duyuram”.

 “Mən həqiqətən, müştərilərimizin layiq olduğu fikir və ideyaları ötürmək üçün istedadı, sevgisi və ambisiyası bol olan qlobal şirkət, Leo Burnett’in mantiyasını qəbul etməkdən çox məmnunam. Leo Burnettin ideallarına uyğun yaşamaq və yeni texnologiya və fürsətlər dövründə bu idealları insanlara ötürmək böyük bir şərəf və məsuliyyətdir,” deyərək Tutssel öz fikirini bildirdi”.

Mənbə: http://leoburnett.com/articles/news/mark-tutssel-named-executive-chairman-of-leo-burnett-worldwide