Networking.az

Networking.az – Orxan Hacıyev tərəfindən idarə olunan sahibkarlar və aktiv biznes adamlarının klubudur.
Klub üzvləri arasında yalnız peşəkar əlaqələr yox, həm də dostluq əlaqələri mövcuddur.
Bizim məqsədimiz yeni tanışlıqlar qurmaq, fərqli biznes sahələrinin insanları arasında peşəkar əlaqələrin inkişafını təşviq etməkdir. Biz ilk addımı atmağa, insanlar arasında əlaqə qurmağın təşəbbüskarı olmağa çalışırıq.
Bizim klub olaraq missiyamız biznesdə olan insanların bir biri ilə və bəlkə də, gələcəkdə tərəfdaşları və ya müştəriləri olacaq şəxslərlə tanışlığıdır.

Klubun növbəti iclası 2017-ci il sentyabrın 26-da Eleven’da baş tutdu.
Çıxış edənlər arasında, Trade Mark Leo Burnett Azərbaycanın baş direktoru Abbas Fatullayev, marka fəaliyyətində yaradıcılığın və yaradıcı əlaqələrin vacibliyindən danışdı.

 “Agentliyimizdə biz,  yaradıcılıq, reklam və qəlbə inanırıq. Hər şeyi qəlbinizlə edin!”