Aztelekom rebrendinq və mövqeləndirmə
Azərbaycanın dövlətə məxsus milli rabitə daşıyıcısı olan Aztelekom LLC, ayrıca şəxslərə, korporativ müştərilərə, telekom daşıyıcılarına və başqa müştərilərə müxtəlif məlumat və kommunikasiya xidmətləri göstərir.
Dövlət tərəfindən ölkənin regionlarında innovativ telekommunikasiya və İT xidmətlərin inkişafını sürətləndirmək vəzifəsi Aztelekom şirkətinə verilən zaman, Aztelekom, prioritetləri daha yaxşı əks etdirmək üçün, rebrendinq və yenidən formalaşma keçirtməyə qərar verdi.
Tenderi qazandıqdan sonra, Trade Mark Leo Burnett Azərbyacan, unikal stil və identifikasiya yaratmaqla marka üçün yeni platforma hazırlamağa və formalaşdırmağa başladı. Əsas məsələ Aztelekomun yeni imicini Azərbaycanın etibarlı və müasir milli rabitə operatoru kimi təqdim etmək idi.
Loqoya yerləşdirilən əsas xüsusiyyətlərin simbiozu:
- İnternet sürətinin inkişafı üçün əsas drayver olan “Oynat” (video məzmun)
- Aztelekom xidmətlərinin Azərbaycan ərazisində əhatə dairəsinin rəmzi olan “Azərbyacan xəritəsi”
- Fasiləsiz ünsiyyəti və bir ifadəni tamamlaya bilmə xüsusiyyətini xarakterizə edən “Dırnaq işarəsi”
Hazırlanmış dizayn yüksək dərəcədə qiymətləndirildi və 2016-cı ildə ictimai qurumların əsas rebrendinq layihələrindən birinə çevrildi.