Ekspress Bankın Obraz və Təəsüratı

Ekspress Bankın Obraz və Təəsüratının transformasiyası. 1989-cu ildə qurulan, Azərbaycanın ən qədim banklarından olan Ekspress Bank, həm ayrı şəxslərə, həm də korporativ müştərilərə xidmət göstərir. Bankın müxtəlif cür xidmətləri və məhsulları, həm  sənaye müştərilrini (xüsusi ilə enerji sənayesi), həm də ümumi bazar müştərilərini banka cəlb edir. 2008-2010-cu illərdə bank əsaslı olaraq öz strategiyasını dəyişdi, rebrendinq keçirtdi və nəticədə, 2015-ci il üçün filiallarını üçə qatladı.

Müştəri yönümlü olmağın qüruru ilə, Ekspress Bank daima keyfiyyətin, sürətin və müştəri xidməti rahatlığının inkişafı üçün çalışır. Ekspress Bankın əsas missiyası müasir bankıçılıq texnologiyalarından istifadı edərək, müştərilərin ehtiyaclarının qarşılamaq və xidmətlər ilə təmin etməkdir.

Həmçinin, Ekspress Bank kommunikasiya sahəsində ən aktiv banklardan biridir. Buna səbəb isə, bank menecmentinin bank sektorunda cari rəqabət mühitini aydın görə bilmə qabiliyyətinin olmasıdır. Yalnız müvəffəqiyyətli şirkətlər, digərləri ilə müqayisədə, hər bir müştəriyə fərdi yanaşma təmin etmək üçün məhsullarını və xidmətlərini özəlləşdirməyə çalışır.

Bank menecmenti  güclü və turatlı obraz yaratmağın vacibliyini, bankın üstün olmasına, öz ərazisini qeyd etməsinə, yeni müştərilərin cəlb edilməsinə və mövcud olan müştərilərin sadiqliyini artırmağa kömək edəcək vaxtında addımlar atmaqla nail oluna biləcəyini anlayır.

Bizə, Ekspress Bankın ofis sahəsində əsas dəyərlər və missiyaları əks etdirən Baş Ofisi üçün vizual kommunikasiya yaratmaq vəzifəsi verildi. Bankın 11 prinsipi ilə ilhamlanaraq , biz Obraz və Təəsurat, Naviqasiya, tək  məkanda milli motivləri, sürət və hərəkətləri birləşdirərək şöbələrin ərazi bölgüsünü hazırladıq.