BTB Bankı - "Güvən Qazan" kampaniyası

Xüsusi ilə bank sektorunda olan  və depozitlərin xeyli sayıda azalmasına gətirib çıxaran son iqtisadi böhran səbəbi ilə, BTB Bankı yeni depozit kampaniyası üçün kreativ konsepsiyanı inkişaf etmək təklifini etdi.

Bizim missiyamız, cəmiyyətin iqtisadiyyata olan neqativ baxışını aradan qaldırmaq və milli valyuta depozitlərini cəlb edərək insanların bank sisteminə inancını bərpa etmək üçün kreativ kampaniyanı inkişaf etdirməkdir.

Etibarlılıq və monumentalizm rəmzi olan Atlasın istifadə edildiyi “Güvən, Qazan” kampaniyasını inkişaf etdirmək problemin həlli olaraq seçildi. Biz Atlasın 3D heykəlini Bakının ən böyük alış-veriş mərkəzlərindən birində quraşdırdıq. 1 həftə keçdikdən sonra, Bankın insanpərvərliyini və diribaşlılığını insanlara çatdırmaq üçün, ikinci – bu dəfə canlı heykəl quraşdırdıq. Reklam kampaniyası tez bir zamanda sosial şəbəkərdə yayıldı (fotolar, videolar). Nəticədə, 1.5 milyon insan kampaniyaya qoşuldu və 5 milyon manatlıq depozit banka cəlb olundu.