Salamat Pomidorları
Azərbaycanda qeyri-neft məhsullarının ixrac artımı səbəbi ilə, bir çox ixraca yönəlmiş markalar yerləşdirmə və brendinq haqqında ciddi düşünməyə başlamışdır. Bu dəfə, biz, Rusiya və MDB ölkələrinə yönəlmiş premium A-klass Pomidor markası olan “Salamat” üçün marka identifikasiyası hazırladıq.
Salamat – şərq təsirinin olduğu inandırıcı adlandırmadır. Mənası isə, təbrik, xeyirxahlıq, bütövlük, keyfiyyət amili deməkdir. Adlandırma həm “Tomat – Salamat” pomidorlarında, həm də ixracın genişləndirilməsi nəticəsində digər “Salat-Salamat” məhsullarında istifadə oluna bilər. Salamat - qayğı, keyfiyyət və ən əsası məhsulların bütövlüyünü təcəssüm edir. Latın və Kiril qavrayışı üçün asandır. Seçilmiş platformaya tamamilə uyğun gəlir. Loqo sadə, canlı və səmimidir və sevgi ilə becərdilmiş təhlükəsiz, əsaslı məhsulu əks etdirir.