CAMCA Forumu 2017
CAMCA şəbəkəsi, Rumsfeld Fondu tərəfindən təşkil olunan, peşəkarların birlikdə fikir, bilik, tədqiqat, təcrübə və ilham paylaşdığı, Orta Asiyanın 10 ölkəsi, Monqolustan, Qavqaz və Əfqanıstan ölkələrini əhatə edən mütəxəssislər toplusudur.
Yeni nəslin regional liderləri azad bazar iqtisadiyyatı sistemlərinə, yaxşı idarəetməyə, hüququn üstünlüyünə və əsas insan azadlıqlarına dəyər verir, ölkə suverinitetini və milli dəyərləri dəstəkləyir, həmçinin, regional və qlobal kooperasiyanı qəbul edir.
Orta Asiya – Qavqaz İttifaqı Proqramının məzunları tərəfindən qurulan CAMCA təşkilatının üzvləri birləşmiş regionun dəyərinə inanır və CAMCA ölkələrinin inkişafına, rifahına və əməkdaşlığına, fəaliyyət və layihələr vasitəsi ilə köməklik göstərir. Təşkilatın missiyası fikir, bilik, tədqiqat, təcrübə və ilhamın paylaşıldığı, Orta Asiyanın 10 ölkəsi, Monqolustan, Qavqaz və Əfqanıstan ölkələrini əhatə edən dəvamlı və məşğul peşəkarlar şəbəkəsi qurmaqdır. CAMCA şəbəkəsənin liderləri CAMCA ölkələrinin inkişafına, rifahına və əməkdaşlığına kömək göstərir.
Trade Mark Leo Burnett, Uptime Marketing agentliyi ilə birgə, Tacikistanın Düşənbə şəhərində keçiriləcək növbəti CAMCA Forumu üçün marka və şəxsiyyəti inkişaf etdirmişdir.
Əzizlərim,
Siz bunu bir daha etdiniz! Eşitdiyim qədəri ilə, siz Düşənbədə keçiriləcək CAMCA Forumu üçün bəzi heyranedici dizayn və materiallar hazırladınız.Bilirəm ki, başqa əməkdaşlar da sizin Forumlara və xüsusi ilə D.C komandasına və mənə olan ekspert töhfənizdən olduqca razıdır. Biz yanımızda sizin kimi sadiq və aktiv əməkdaşların olduğuna görə və sizin xüsusi yardımınız üçün minnətdarıq.
Ən xoş arzularla,
Donald Rumsfeld