Leo Burnett Yaradıcılıq Sistemi: 7+ İnsani GPC bölgüsü

7+ GPC bölgüsü hər Leo Burnett ofisinin yaradıcılıq səviyyəsini qaldıran, daxili qiymətləndirmə sistemidir. Hər rüb, dünyanın dörd bir yanından üstün zəkalar bir araya toplaşır və İnsani standartlar vasitəsi ilə yaradıcı işləri qiymətləndirərək onlara 1-dən 10-a qədər xal verir. Bu sistemdə ilkin məqsəd, ən azından 1 xal qazanmaqdır. Çünki, yalnız 7+ iş insan davranışında və dünyada dəyişiklik etmək gücündədir.


İnsanları həqiqətən hərəkət etməyə sövq edən dünyanın ən yaxşı fikir yaradıcısı olmaq arzusu sərhəd tanımır. Siz biznes problemlərini rəqəm toplumu kimi qəbul edə bilərsizniz. Və ya problemlərə daha insani cəhətdən yanaşa bilərsiniz. Bizim işimizdə vacib olan hər şey iki amil ilə əlaqəlidir: İnsan və onun Davranışı. Yaradıcılıq insan davranışında dəyişiklik etmək gücünə sahibdir.

10 – Dünyanı dəyişir


9 – İnsanın yaşamını dəyişir.

İnsanın yaşamını dəyişir. Insanı hərəkət etməyə sövq edən ruhlandırıcı fikir. Cəsarətli, güclü və kreativ fikir. İnsan amilinin mərkəzdə olduğu marka. İnsani Marka.


8 – İnsanların fikirlərini və düşüncələrini dəyişir.

İnsanların fikirlərini və düşüncələrini dəyişir. Biz ən əhəmiyyətli şeyi gözdən çıxarmamalıyıq: İnsanlar üçün nə vacibidr. Biz yaradıcılığın insan həyatını zənginləşdirdiyinə inanırıq. Bu əyləncəli, interaktiv, maraqlı, müvafiq və faydalı məzmundur. Ən əsası isə, fikir öz yaradıcılığında dəyərlidir.


7+ Gözəl hazırlanmış, ilhamlandıran fikir (İnsani Əməl).

Bir şəxsin düşüncəsini, hisslərini və davranışını dəyişə bilən, insanın mərkəzdə olduğu fikir, marka və ya təcrübə. Ilhamlandıran, valeh edən, aktivləşdirən fikir. Və təbii ki, ustalıq və icrada qüsursuz olan fikir.


6 – Ağıllı fikir.

İnsanlara dərrakə ilə yanaşan fikir. Birləşdirən fikir. Agenlik olaraq etdiyimiz hər şeyin kökündə yaradıcılığın yalnız reklam yox, həmçinin, İnsani Əməl yaratdığı zaman güclü olduğu inamı yatır. Tamamilə auditoriyanı nəzərə alan fikir. Konsepsiyada mediya-neytral, icrada isə mediyaya köklənmiş fikir.


5 – Mən markanın məqsədini anlayıram.

Bu bir vəd deyil. Bir mövqe deyil. Bir mənafe deyil. Bir məqsəddir. Biz insanlarla ünsiyyət edən insanlarıq. Həqiqi insani əlaqələr yaratmaq üçün, biz İnsan Məqsədini markanın mərkəzinə qoyuruq.


4 – Bu markanın nə üçün olduğunu anlamıram.

Bu markanın nə üçün olduğunu anlamıram. İnsanlar bizim diqqət mərkəzimizdir. Etdiyimiz hər şey marka məqsədini nəzərdə saxlayır. Məqsədsiz marka insanlar tərəfindən heç zaman anlaşılmayacaq və qəbul edilməyəcək.


3 – Gözəgörünməz.

Heç bir insan marağı, emosional əlaqə yaratmır. Görünüşcə maraqsızdır. Divar Kağızı kimidir. Şablon kimidir. Bizim insan diqqətini cəlb etməyə ilahi haqqımız yoxdur. Bizim ünsiyyətimizə vaxt xərclədiklərinə görə onlara minnətdar olmalıyıq.


2 – Fikir yoxluğu.

Bu konspepsiyada düşüncə yoxdur. Hər nə olsa da, biz “fikir” sahəsində çalışırıq. Ideyasız bizim gələcəyimiz yoxdur. Yaradıcılıq kommunikasiya şirkətlərinin və markaların öndə gələn aktividir. Bizim kommunikasiya agentliyi olaraq borcumuz insanları hərəkətə sövq edəcək fikirlər yaratmaqdır. Insanlar bizimlə ünisyyətə vaxt xərclədiklərinə görə mükafatlandırılmalıdır.


1 – Destruktiv.

Bu tamamilə pul itkisidir. İnsanlar belə markadan imtina edir. Ətraf mühiti çirkləndirir. Mən bu markayla işləməkdən utanardım.