Bizim illüstrator - Azər, BBC Azərbaycana müsahibə verdi

23 yaşlı rəssam-illüstrator Azər Məmmədli 6 ildir ki qraffiti ilə məşğuldur.
O, rəssamlıqla “əlinə qələm alandan bəri” məşğuldur. Məktəb illərində isə bir nəfərin çantasında qraffiti görən Azər artıq bu sahə ilə maraqlanmağa başlayıb.

İlk qraffiti işlərini isə yaşadığı binanın blokunda nümayiş etdirib.

Bir müddət sonra özü kimi qraffitiyə maraq göstərən Urban Art Team adlı komanda ilə tanış olub və bunu özü üçün “müsbət inkişaf” adlandırır.

O, daha çox uçuq-sökük yerlərdə əsərlər yaratdığını deyir, lakin son dövrdə icazəli şəkildə şəhər mərkəzində bir neçə qraffiti çəkib.

Rəssamla Günel Səfər söhbət edib.

Mənbə: https://www.bbc.com/azeri/azerbaijan-40582872?ocid=wazeri..social.sponsored-post.facebook.AEP-graffiti.nneed1.All.Quotation.mktg