MMF 17 / Milli Marketinq Forumu 2017

MMF 2017, Dəyişək ki, var olaq!
Milli Marketinq Forumu, Azərbaycan marketinq sahəsində çalışan “Marketing Azerbaijan”, “Marketing AİR”, “Facemark.az” komandalarının və tərəfdaşların birgə səyləri ilə, hər il təşkil olunan tədbirdir.

Bu il, qarşıdan gələn Milli Marketinq Forumunun 5-ci il dönümü, 26-27 may tarixləri arasında, 500 iştirakçının qatılacağı Pullman Otelinin Konfrans Zalında keçiriləcək. Bu tədbirdə işritak etmək üçün, hər birində 4 spiker olan 6 panel, ümumilikdə isə çıxış edəcək 30 şəxs təyin edilib.

Müzakirə olunacaq əsas mövzular, dəyişiklik dövründə marketinq strategiyası, rəqəmsal marketinq, marketinq kommunikasiyaları, FMGG, bloggerlik və milli vəziyyət, əsas müzakirə isə “Dəyişək ki, var olaq!” mövzusu ətrafında olacaq.

Trade Mark Leo Burnett Azerbaijan şirkətinin Baş Direktoru Abbas Fatullayev, Əsas Kommunikasiyalar, insan davranışı transformasiyası və Leo Burnett şirkətinin İnsani metodologiyası haqqında danışacaq.

Forum ərzində Twitter sosial şəbəkəsində #mmf2017 etiketi ilə suallarınızı və rəylərinizi bildirə bildirə bilərsiniz.

Daha ətraflı məlumat üçün: http://millimarketinqforumu.com