Liz Taylor - Leo Burnett Worldwide-ın yeni kreativ direktoru
Mükafat qazanmış sənaye icraçısı Publicis Communications üçün Şimali Amerikanın yaradıcı lideri kimi də xidmət edəcəkdir.
Liz Taylor Leo Burnett şirkətinin bütün dünya üzrə Baş Kreativ Direktoru kimi 25 ildən artıq təcrübəyə malikdir. O, yaradıcı istiqamətə rəhbərlik etmək və bütün qlobal şəbəkə üçün gələcək təkliflər və işgüzarlıq qurulmasına yardım etmək üçün şirkətin Çikaqo qərargahında fəaliyyət göstərəcəkdir.
Taylorun yeni vəzifəsində Şimali Amerikada Power of One collaborations-ı idarə etmək üçün Publicis Groupe-nin Kreativ Direktoru Nik Lo və Baş Strategiya Direktoru Karla Serrano ilə sıx əməkdaşlıq da yer alacaqdır.
Karyerası boyunca Cannes, The One Show and Clio, ANDYs və D&AD tərəfindən tanınmış mükafat kampaniyalarında Taylor GE, Blue Cross Blue Shiel, Clorox, Morton Salt, Fiat Chrysler, SC Johnson, Modelo, Pepsi, Wrigley, Michelob Ultra və Unilever daxil olmaqla brendlər üçün diqqətəlayiq layihələrə rəhbərlik edib.
Taylor yeni vəzifəsi haqqında belə deyir: “Müasir yaradıcılıq barəsində verdiyi vədinə əməl etməsi üçün Nik ilə əməkdaşlığı səbirsizliklə gözləyirəm. Leo Burnett və Publicis Communications-ın gücünün gələcəkdə müştərilərimizi necə hərəkətə gətirəcəyini nümayiş etdirmək üçün yorulmadan çalışacağıq.”
Bir yaradıcı insan kimi yeni başladığı karyerasına əlavə olaraq Taylor başlıca layihə imkanlarına malik daha çox qadın direktorlarla əlaqə qurmaq üçün Times up reklam kampaniyası və #FreeTheBid cəhdi vasitəsi ilə iş mühitində gender bərabərliyini əsas götürərək sənayenin əsas məsələlərinin həlli üçün rəhbər və vəkil kimi tanınır. 2018-ci ildə onun adı Adweek’s Creative 100 siyahısına daxil edilib.
Leo Burnett şirkəti ilə əməkdaşlığa başlamazdan əvvəl Taylor FCB Chikago-da Baş Kreativ Direktor və Ogilvy & Mather Chicago-da isə qlobal icraçı director kimi çalışmışdır.
Leo Burnett Worldwide Taylorun rəhbərliyi altında yaradıcı mükəmməlliyin yeni erasına qədəm qoymağı gözləyir.