Leo Burnett 2018-ci il Kann Proqnozlarını təqdim etdi
20 Kan namizədi böyük dəyişiklik dövründə sərhədləri yıxan kreativlik nümayiş etdi.
'Leo Burnett Worldwide' dünyanın ən nüfuzlu marketinq və agentlik festivallarından olan 65-cü Kan Şirləri Beynəlxalq Festivalı üçün, 20 nazmizəddən ibarət olan, illik 31-cu Kan Proqnozlarını təqdim etdi. Festival, Fransanın Kan şəhərində iyun ayının 18-dən 22-nə kimi keçiriləcək.
Leo Burnett illik Kan Proqnozları qələbə qazanmaq ehtimalı daha yüksək olan reklam kampaniyalarını proqnozlaşdırmaqda 85% dəqiqlik payına sahibdir. Siyahı, Leo Burnett Worldwide şirkətinin qlobal baş kreativ direktoru və Publicis Communications’ fəaliyyət mərkəzinin kreativ sədri Mark Tutssel tərəfindən tərtib edilib. Tutssel, 5 dəfə Kann Festivalı münsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.
Kan Proqnozları siyahısı brendinq və qlobal tendensiyaların əks etdirdiyi yeniliklərin qiymətləndirmə yığmasıdır. Bu ilin namizəd proqnozu:
“Episodes lead to Epic”
Epik dəbdən heç zaman çıxmır. Nike’ın “Nothing Beats a Londoner” və ya P&G Tayd’ın “It’s a Tide Ad” işlərinə baxmaq kifayətdir. Hər ikisi peşakarcasına icra edilmişdir. Həmçinin, kiçik hekayələrin rəvayət formasında ötürülməsi işlərə mədəni təsir bağışlamışdır.
P&G Tide bu il Tide üçün hazırladığı reklam kolleksiyasına görə “Super Bowl” mükafatı qazandı. Dörd fasilə arası ərzində göstərilən Tide reklamları #TideAd ən çox istifadə olunan “hashtag”-ə çevirdi.
“Human Storytelling”
Qısa filmdə il boyunca insan duyğularının və mənadolu anların hekayələri əks olunmuşdur. Valideyn və uşaq arasında olan söhbətlər 2 mövzuya toxunur: bir tərəfdən həyatın kiçik hissəsi təqdim olunur, o biri tərəfdən isə həyatın daha çətin hissəsi.
Kadberinin "Mum's birthday" reklamı anasına şokolad almaq arzusunda olan gənc bir qızı işıqlandırdı. Onun əlindən gələn isə küncdəki mağazada cibindəki müxtəlif əşyaları ödəniş kimi təklif edib xeyirxahlıq nümayiş etdirmək idi.
P&G-in "The talk" reklamında biz uşaqlarının hamıya bərabər yanaşılmayan bir ölkədə böyüdüklərinə görə əsirlər boyu əziyyət çəkən qaradərili valideynləri görürük. Bu çox əzab dolu bir film və qüvvətli bir ismarıcdır. Və onu daha güclü edən cəhəti məhsul tanımaqdan qaçmağıdır.
"Visual Spectacular"
Kaleydoskopik rəng, şarm və üstün zəka bu ilin kolleksiyasının digər mövzudundandır. Möhtəşəm hasilat, incəsənətə yönəliş və qüsursuz icra iki gözqamaşdıran məhsulun əyarlarıdır.
Audi’nin “Clowns” reklamında bir qrup həvəskar fərqli metodlarla yollarda təhlükəli qəza hadisələri törədir. Sürücülərlə baş verən təhlükələrə baxmayaraq, onların Audi avtomobillərindəki texnologiya ustalıqla onlara kömək edir.
“Welcome Home” reklamında Apple markasının “HomePod” cihazı bəstəkar-ifaçı və rəqqasə FKA Twigs’in möhtəşəm performansı və təkrarolunmaz Spike Jonze’un qüsursuz rejissorluğu ilə canlandı. Yorucu bir gündən sonra evə qayıdan xanım musiqini başladaraq ev interyerini rəngarəng və forma dəyişdirən möcüzə diyarına çevirdi.
“World Cup” ruhunu və Misir milli komandasının uzunmüddətli quraxlığını ələ keçirən Orange Telecom’un “Now or Never” reklamından klounlara olan qorxumuzu artıran Burger King’in “Scary Clown Night” reklamına kimi olan bütün işlər mədəniyyətin yeni pilləsinə ucaldığını nümayiş etdirir.
20 Kan Proqnozu Namizədlərinin tam siyahısı:
- P&G Tide “It’s a Tide Ad” // P&G (ABŞ)
- Nike “Breaking2” // Wieden + Kennedy (Portland ABŞ)
- Orange Telecom “Now or Never” // FP7/CAI (Qahirə, Misir)
- KFC “FCK” // Mother (London, Birləşmiş Krallıq)
- Palau Legacy Project “Palau Pledge” // Host/Havas (Sidney, Avstraliya)
- National Safety Council “Prescribed to Death” // Energy BBDO (Çikaqo, ABŞ)
- EDEKA “The Most German Supermarket” // Jung von Matt (Hamburg, Almaniya)
- Downtown Records “Live Looper” // BBDO (Nyu-York, ABŞ)
- Audi “Clowns” // Audi (Birləşmiş Krallıq)
- The Times “JFK - Unsilenced” // Rothco - Accenture Interactive (Dublin, Irlandiya)
- Mars Wrigley Confectionary - Skittles “Exclusive the Rainbow” // DDB (Çikaqo, ABŞ)
- Cadbury “Mum’s Birthday” // VCCP (London, Birləşmiş Krallıq)
- IKEA “The Human Catalogue” // IKEA (Sinqapur, Sinqapur)
- Snaptivity “Snaptivity App” // R/GA (London, Birləşmiş Krallıq)
- Apple HomePod “Welcome Home” // TBWA/Media Arts Lab (Los-Enceles, ABŞ)
- Burger King “Scary Clown Night” // LOLA MullenLowe (Madrid, İspaniya)
- LADBible & Plastic Oceans “Trash Isles” // AMV BBDO (London, Birləşmiş Krallıq)
- Mars NZ - Pedigree “Pedigree SelfieSTIX” // Colenso BBDO (Oklend, Yeni Zenlandiya)
- P&G “The Talk” // BBDO (Nyu-York, ABŞ)
- Nike “Nothing Beats a Londoner” // Wieden + Kennedy (London, Birləşmiş Krallıq)