Azərbaycanda Marketinq Kommunikasiyaları Assosiasiyası yaradıldı

Marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərənlər ortaq maraqlarının qorunması, sektorun daha da inkişafı və sektor daxilində maariflənmə səviyyəsinin yüksəldilməsi üçün təşkilatlandılar.

Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyası Məmməd Şahməmmədov (AA&M), Elnur Nurəliyev (McCann Baku), Emin Quluzadə(PeopleBrand), Ceyhun İmanov (JIS), Abbas Fətullayev (TradeMark/Leo Burnett Azerbaijan), Afət Yaqubova (Laboratoriya PR), Namiq Bayramov(YelloAD), Aygün İslamzadə (Kapital Bank), Sabit Məmmədov (Admedia), Azər Nəcəfov (YelloAD), Rəşad Nəzərli (PeopleBrand), Elnur Osmanov (Air Group) vəTeymur Məmmədov (PamPam Kreativ Butik) kimi marketinq kommunikasiyaları sahəsində böyük təcrübəyə malik mütəxəssislər və tanınmış şirkət rəhbərləri tərəfindən təsis olunub.

Facemark.az-a verilən məlumata görə, Birlik “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, özünütənzimləmə funksiyası həyata keçirməyi qarşısına məqsəd qoyub.

Amma MKA təkcə maraqların qorunması ilə kifayətlənməyəcək.

Marketinq kommunikasiyalarının kompleks inkişafı üçün müxtəlif sahələrdə çalışan mütəxəssisləri bir araya gətirib, birgə fəaliyyət göstərmək, münaqişələrin həllində mediator olmaq, üzvlər arasında bilik, təcrübə və fikir mübadiləsinə, eləcə də, gənc mütəxəssislərin inkişafına şərait yaratmaq, reklam standartlarını və fəaliyyətlərini inkişaf etdirmək, marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssislərin hüquqlarını dövlət və özəl qurumlar qarşısında müdafiə etmək, etik kodeks hazırlayaraq təbliğ, tətbiq və tətbiqinə nəzarət kimi məqsədlərə nail olmaq niyyətindədir.


Daha ətraflı məulamt üçün:
http://facemark.az/site/news/8242/azerbaycanda-marketinq-kommunikasiyalari-assosiasiyasi-yaradildi-foto-8242.html
http://olke.az/m/news/detail/neftimiz-bahalasdi-122669
http://topxeber.az/2018/04/16/marketinq-kommunikasiyalari-sahesinde-calisanlar-teskilatlandilar
http://www.interpress.az/94020-marketinq-kommunikasiyalar-sahsind-alanlar-tkilatlandlar-foto.html#.WtmgH4pRUwB