“Evrascon Group” vebsaytı

Biz Azərbaycanda məhdud sayda olan çox profilli şirkətlərdən biri – Evrascon ilə əməkdaşlığa başlamışıq. “EVRASCON” ölkənin sürətli inkişafına təkan verərək iqtisadiyyatın fərqli sektorlarında bir sıra vacib layihələri tətbiq etməkdədir. Bugün Azərbaycan nəhəng tikinti-quruculuq sahəsini xatırladır, “EVRASCON” korporasiyası isə özünün çoxşaxəli profili ilə ölkəmizdə və xaricdə iri miqyaslı tikinti layihələrinə birbaşa olaraq cəlb edilən ən iri şirkətlərdən biri kimi Azərbaycan, Qazağıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova və Türkiyənin tikinti və dizayn layihələrində aktiv şəkildə iştirak edir.

İndi şirkətin bütün nailiyyətləri tərəfimizdən hazırlanmış və idarə edilən tamamilə yeni bir vebsaytda təmsil olunur.
Daha ətraflı məlumat üçün: http://evrascon.com/