IMEX 2018, Azərbaycan Ölkə Stendi

Almaniyanın Frankfurt şəhərində təşkil olunan “IMEX Tourism Expo 2018” tədbirindən ən yaxşı ölkə stendləri.
Ən böyük turizm yarmarkalarından olan “IMEX”,  Almaniyanın Frankfurt şəhərində, “Frankfurt Messe” ekspo zalında, may ayının 15-17-də baş tutdu. IMEX beynəlxalq turizm yarmarkası, MICE sahəsinin fərqli sektorlarından 3500-dən çox nümayəndəsini qarşıladı. Burada, milli və regional turizm ofisləri və konvensiya büroları, iri otel şirkətləri, konfrans qurğuları, ekspo mərkəzləri, kruiz yolları, hava yolları, tədbir təşkilatçıları və peşəkarlar stendlər ilə iştirak edərək öz ölkələrinin turizm imkanlarını təqdim etdi.
Bu il, Azərbaycan müvəffəqiyyətlə Azərbaycan Konvensiya Bürosu tərəfindən təmsil edildi. Büronun ölkə stendi və təqdimatı ekspo qonaqlarının diqqətini cəlb etdi və iştirakçıları, həmçinin təşkilatçıları təsirləndirdi.
Azərbaycan Konvensiya Bürosuna olan “Minnətdarlıq” məktubunda, IMEX Satış və İdarə Meneceri Oliver Bailey,Büronu təbrik edərək, peşəkar stendə və göstərilən xidmətlərə görə təşəkkür etdi.

 


PRESS:
https://news.day.az/azerinews/1005295.html
https://azertag.az/ru/xeber/Vo_Frankfurte_otkrylas_vystavka_IMEX-1163017  
http://yeniazerbaycan.com/SonXeber_e32678_az.html
https://news.milli.az/society/650940.html
http://son.az/az/news/370641/frankfurtda-azerbaycan-konqresler-burosunun-stendi-boyuk-maraqla-qarsilanib-foto
https://theworldnews.net/az-news/frankfurtda-az-rbaycan-konqresl-r-burosunun-stendi-boyuk-maraqla-qarsilanib-foto