Vita1000 Bağı
Əhəmiyyətli aradan sonra, “Azgranata” şirkətinin təbii şirə istehsal edən “Vitamin” markası yeni şirin personajlarla geri döndü.
Yeni hekayəyə xoş gəldiniz – “Vitamin Bağının Hekayəsi”
“Azgranata” Şirkətlər Qrupunun tanınan "Vita1000" şirə markasının yenidən formalaşmasından sonra, marka kommunikasiyası bir müddət unuduldu. Bu səbəbdən, marka depersonalizasiyaya uğradı və istehlakçılar tərəfindən maraq itkisinə və satışların əhəmiyyətli azalmasına gətirib çıxardı.
Leo Burnett Uptime ilə birgə marka üçün yeni kreativ konsepsiya fikirləşmək və promo platforma təşkil etmək məsuliyyətini öz üzərinə götürdü. Biz, Meyvə Bağı adlanan orijinal və individual platforma hazırladı. Bu platformada hər meyvə personaj kimi canlandırıldı, onlara məxsus xüsusiyyətlərlə və davranışlarla təmin edildi.
12 personajdan hər biri Azərbaycan cəmiyyətinin tipik nümayəndələrini təqdim edir: Nar bəy yüksək rütbəli aristokrat rolunda, Alma müəllim ağıllı və yaxşı təhsilli, təhlükəsiz şəkildə hər hansı bir söhbətə fikir əlavə edə bilən şəxs rolunda, Portağal qardaş görünüş və sporta önəm verən biri rolunda, Ananas selfi çəkməkdən və başqalarını əyləndirməkdən xoşu gələn dəbli və dendi rolunda, Manqo Hindistandan gəlmiş və Çiyələyə aşiq biri rolunda, daimi olaraq bədbəxt olan, hər zaman qeybət edən və hamı haqqında hər şeyi bilən Vişnə bacıları xəbərçi rolunda. Həmçinin personajlar arasında mənfi personaj da var – meyvə bağında yaşamağı arzulayan, lakin tərəvəz olduğuna görə bağda heç kəs tərəfindən qəbul edilməyən Xiyar personajı. Depressiv və küskün Xiyar mütəmadi olaraq meyvələrə hiylələr oynayır.
Hər personajın Facebook sosial şəbəkəsində profili var, onlar real insan və ya qrup kimi bağda olan hər hadisəyə rəy bildirir, bir birilərinin rəylərini bəyənir və ya rəylərə reaksiya verir, fikirlərini paylaşır. Hər həftə biz “Real Time Marketing”, situasiya marketinqini istifadə edərək, bağ həyatını canlandıran illüstrasiyalar və yeni şirəli hekayələr hazırlayırıq.
Kampaniya sosial şəbəkələrdə böyük qarışıqlığa səbəb oldu, istifadəçilərin artmasına gətirib çıxardı və cəmiyyətin sadiqliyini qazandı, nəticədə, satış artımını stimullaşdırdı.