Pepsi Dad Testi Milli Promo
Pepsi dad testi, Azərbaycanda keçirilən 2018-ci ilin ən böyük və əhəmiyyətli BTL promo kampaniyalarından birinə çevrildi. Pepsinin ənənəvi dad testi kampaniyası birinci dəfə Azərbaycanda keçirildi. İştirakçılar 2 Kola içkisinin dadına baxmağa və hansını daha çox bəyəndiyini seçməyə dəvət edildi. Kütləvi dad testi kampaniyası Azərbaycanın fərqli bölgələri və məkanlarında yer aldı və minlərlə iştirakçını bu yaddaqalan tədbirdə iştirak etməyə dəvət etdi. Çoxkanallı kommunikasiya insanların kampaniyada iştirak etməsinə yönəldildi və nəticə olaraq, 27 min unikal iştirakçı qeydə alındı. 54% insan Pepsi seçdi. Kampaniya nəticəsində, satişlarda ötən illə müqayisədə 30%-a qədər əhəmiyyətli artım muşayiət edildi.
Paylaş works-category
Digər works-category