Aztelekom, Baktelecom Məhsul Videoları

Trade Mark Leo Burnett Bakı Mediya Mərkəzi ilə birgə BakuTel 2016 üçün Aztelekom və Baktelecom Məhsul Videosu hazrladı. Bildirildi ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 30 faizini təşkil edir.

Dövlətimizin başçısına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyon barədə məlumat verildi. Qeyd edildi ki, 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 89 qurumun elektron xidmətlərini birləşdirir. Hazırda portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. İndiyə qədər “Elektron hökumət” portalı vasitəsilə müraciət edənlərin sayı 34 milyonu ötüb. Ümumi xidmətlərə müraciət sayının 46 faizi bu ilin 11 ayında qeydə alınıb. Gündəlik müraciətlərin sayı isə 50 mindən çoxdur. Artıq mobil telefon vasitəsilə də portalda olan xidmətlərdən istifadə etmək mümkündür. Portalın elektron ödəmə sistemi də yaradılıb. Bu günədək 100 mindən artıq “elektron imza” istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi elektron imza sertifikatı ilə təmin olunacaq.

Burada rabitə və telekommunikasiya sahəsində həyata keçirilən işlər barədə də geniş məlumat verilir.

BakuTel sərgisi, 20 ildən çoxdur ki, kommunikasiya sahəsində qabaqcıl şirkətləri bir araya toplayan regionun ən böyük tədbirlərindəndir. Beynəlxalq Kommunikasiya Birliyi kimi beynəlxalq sahə müəssisələrinin dəstəyi, İFU-nun qəbulu, Sərgi Sahəsinin Qlobal Assosiyasiyası təsdiqi sayəsində BakuTel beynəlxalq səviyyədə tanındı. 4 günlük sərgidə “Görmə qüsurlu uşaqlar üçün audio-kitabxana”, “Google İncəsənət Layihəsi” və “Muzeylərin Rəqəmsallaşdırılması” layihələrinin təqdimatları göstərildi. Həmçinin, tədbirdən kənar konfranslar və forumlar təşkil olundu.

Prezident İlham Əliyev və xanımı, Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban Əliyevaya sərginin pavilyonları nümayiş olunub.

Mənbə: http://mincom.gov.az/media-en/news-2/details/12256