Made in Azerbaijan
Biz, Trade Mark Leo Burnett Azərbaycan olaraq, ən həyəcanverici geniş miqyaslı brendinq layihələrindən birinin hissəsi olmaqdan böyük qürur duyuruq - “Made in Azerbaijan” üçün brend platformasının hazırlanması. Biz, “Made in Azerbaijan” üçün brend nişanəsi, brend platforması və kommukasiya hazırladıq.
Brendin əsas dəyələri bu üç komponentin əsasında qurulub:
USTALIQ VƏ SƏNƏTKARLIQ
Azərbaycan – sənətkarlar ölkəsidir.
Əsas deviz – “Biz etdiklərimizlə zənginik!” Ölkəmiz qonaqpərvərlik və milli mətbəximizlə məşhurdur. Ənənələrimiz sayəsində, aşbazlarımız yeməkləri belə dadlı və gözəl edir. Ustalıq və sənətkarlıq nəsildən nəslə ötürülür və bu bizim ölkənin əsas zənginliyidir. Biz yalnız təbii və ətirli nar yetişdirmirik, biz nardan süfrələrin bəzəyi olan “narşərab”, nar sousu hazırlamağı bacarırıq. Biz yalnız qoyun yetişdirib onun yununu qırxmırıq - Azərbaycan xalçaları əsrlər boyu dəvam edən ənənələrin əks edildiyi şah əsərlərdir.
MƏHSULDARLIQ, TƏBİƏTİN ZƏNGİNLİYİ
Azərbaycan – zəngin təbii ehtiyatlara malik ölkədir.
Azərbaycanda mövcud 11 iqlim qurşağının 9 mövcuddur. Ölkəmizdə hər növ məhsul yetişdirilir: pomidor, xurma, nar, fındıq, çay, pambıq. Azərbaycan torpağı təbii ehtiyyatlarla da zəngindir.
MƏDƏNİYYƏT VƏ TƏHSİL
Mühəndislərimiz dünyanın ən qədim neft istehsalçılarındandır.
Azərbaycanda hər zaman elm, musiqi, ədəbiyyat və sənətə dəyər verilir. Moskva və Leninqradla yanaşı, Bakı SSSR-in mədəniyyət liderlərindən biri sayılırdı.
___
Yanvarın 12-də Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azərbaijan” loqosunun təqdimatı keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev İ qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, ənənəvi bazarlarda Azərbaycan məhsullarının mövqelərinin daha da gücləndirilməsi, "Made in Azerbaijan" brendinin dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib, bu istiqamətdə dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib.
Bildirilib ki, 2017-ci il ərzində 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Bundan başqa, müxtəlif xarici ölkələrdə 251-ə yaxın görüş keçirilib, 11 ölkə ilə əməkdaşlığa dair müqavilələr imzalanıb.
Nazir müavini qeyd edib ki, 2017-ci ildə qeyri-neft ixracı 24%, o cümlədən kənd təsərrüfat məhsullarının ixracı 28%, sənaye məhsullarının ixracı 21%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 7% artıb. Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 mln. manat ixrac təşviqi ödənilib.
Bundan başqa, "Buta Airways" təyyarələrində reklam yerləşdirilib, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR Georgia Petroleum" şirkətinin yanacaq doldurma məntəqələri üçün 10 stend hazırlanıb və yanvar ayının sonunadək məntəqələrdə yerləşdiriləcək.
Diqqətə çatdırılıb ki, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Milli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “Made in Azerbaijan” loqosunun hazırlanaraq Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyata alınmasıdır.
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva sahibkarlara məxsus brendlərin və patent hüquqlarının xarici ölkələrdə qorunmasının iqtisadi və texniki əhəmiyyəti barədə məlumat verib, “Made in Azərbaijan” loqosunun patentləşdirilməsinin zərurətini diqqətə çatdırıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə bu sahədə reallaşdırılacaq tədbirlərdən danışıb.
Loqonu hazırlayan “Leo Burnett” şirkətnin nümayəndəsi Abbas Fətullayev “Made in Azərbaijan” loqosunun təqdimatı ilə çıxış edib. Loqonun strategiyası, başqa ölkələrin bu sahədə təcrübəsi barədə məlumat verilib və qeyd edilib ki, “Made in Azərbaijan” loqosu özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyi, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.
Mənbə: http://www.azpromo.az/news/view/-made-in-azerbaijan-logos-presentation-held
Состоялась презентация логотипа бренда Made in Azerbaijan from CBC TV on Vimeo.
Логотип Made In Azerbaijan сделает азербайджанскую продукцию более узнаваемой from CBC TV on Vimeo.