Azərbaycan Beynəlxalq Bankı
Trade Mark Leo Burnett Azərbaycan Leo Burnett Group Russia ilə birgə Azərbaycan Beynəlxalq Bankın rebrendinqi və yenidən formalaşmasını həyata keçirdi.
Ölkə və xalq ilə yanaşı 20 il ərzində inkişaf etmiş və püxtələşmiş ən böyük milli bank - Azərbaycan Beynəlxalq Bankı, hal-hazırda inkişafın yeni mərhələsinə addımlayaraq bankın loqosunu yeniləmək qərarına gəlmişdir.
Azərbaycan Beynəlxalq Bankın milli mədəniyyət və adət-ənənələrə olan hörməti yeni texnologiya və qabaqcıl bankçılıq təcrübəsini Azərbaycana gətirmək üçün uyğundur.
Bankın yeni loqosu, milli mədəniyyətə hörmət rəmzi olaraq milli naxışlar (şəbəkə) ruhunda göstərilən günəşi əks etdirir. Bankın dəvamlı inkişafı və irəlləyişini göstərmək üçün isə, loqonun hərəkətdə olmasına qərar veerilmişdir.
Bankın yenilənmiş korporativ rəngləri o qədər dəyişməsə də, rənglər sadəlik və şəffaf görüntü qazandı. Dərin mavi, Brilyant Mavi adlı yüngül kölgə ilə əvəz edildi. Mavi rəng parlaqlıq və pozitivlik rəmzi olaraq Bankın etibarlılığını, ciddiliyini və sabitliyini nümayiş edir. Ağ rəng isə mavi rəngi tamamlayaraq sevinc və açıqlığı ifadə edir.