CBC, "Sahibkarın saatı"

"Sahibkarın saatı" CBC telekanalının yeni layihəsidir. Proqramın iştirakçıları - sahibkarlar, hüquqşünaslar və ekspertlər sizə öz biznesinizi sıfırdan necə başlamağınız barədə danışacaqlar. Bizim Baş Direktorumuz - Abbas Fətullayev proqramın qonağı olmuş, Azərbaycanda reklam və rəqəmsal kommunikasiyalardan söhbət açmışdır.

Azərbaycanın ilk beynəlxalq televiziya kanalı olan CBC-nin əsas məqsədi ölkəmizin sevinci, problemləri, qələbələri və nailiyyətləri haqqında dünyaya informasiya çatdırmaqdır. Kanal 24 saat yayımlanır və Rusiyanın Avropa hissəsindən, Hindistanın yarımadasına, Balkan yarımadasından Çinin Şərqi sərhədinə qədər geniş bir əhatə dairəsinə malikdir. CBC telekanalının xəbərlər informasiya proqramı beş yayımın hər birində yayımlanan dilin xüsusiyyətlərini nəzərə alaraq, vahid bir informasiya çeşidləmə sisteminə malikdir.


Mənbə: http://cbc.az/ru/show/59