Kann Proqnozları 2016

Bu gün, ‘Leo Burnett Worldwide’ 63-cü Kann Şirləri Beynəlxalq Yaradıcılıq Festivalı ərəfəsində, 29-cu illik Kann Proqnozlarının siyahısını açıqladı. Qlobal reklam sahəsinin ən nüfuzlu hadisəsi olan Kann Fetsivalı, 18-25 iyun 2016-cı il tarixləri arasında Kann şəhərində keçiriləcək.

84 faizdən çox dəqiqlik payı olan illik Leo Burnett Kann Proqnozları, minlərlə namizəd arasında qazana biləcək reklam kampaniyalarının qısa siyahısını ortaya çıxarır. Namizədlər, ‘Leo Bunett Worldwide’ şirkətinin baş kreativ direktoru, ‘Publicis Communications’ şirkətinin yaradıcı sədri və bu ilki mükafat festivalında münsiflər heyətinin sədri olan Mark Tutssel tərəfindən seçildi.

 “Siyahı bu il reklam sahəsində olan ən yaradıcı və innovativ təfəkkürü əks etdirir.” deyərək Tutsell öz fikrini bildirdi. “Mövzunu ümumi olaraq gözdən keçirsək, yaradıcılıq və texnologiya simyasının mədəni təsirə səbəb ola biləcəyini, insan davranışında dəyişiklik edə biləcəyini və dünyada və biznesdə əhəmiyyətli dəyişimə gətirib çıxara biləcəyini görə bilərik”.

Kann Proqnozları siyahısının tərtib edilməsi marka fəaliyyətinin sahə tendensiyalarını əks etdirən illik qiymətləndirməni əhatə edir. Leo Burnettin araşdırması keçmiş ildən etibarən altı tendensiyaya gətirib çıxardı.

Müxtəlif regionlardan olan işlərin daha geniş nümayişini üçün Kann Proqnozları siyahısını Pinterest proqramı vasitəsi ilə izləyin.

 


Mənbə: http://leoburnett.com/articles/news/cannes-predictions-2016