Leo Burnettdə çalışmağın üstünlükləri
Leo Burnett təkcə gəlir və mükafatlar naminə çalışmır. Biz bir çox sahələrdə Leo Burnett şirkəti üçün hər şeyin ola bildiyincə ən yaxşısını etməyə çalışan işçilərimizlə qürur duyuruq. Bəlkə də, elə buna görə bizim işçilərimiz Leo Burnett şirkətində digər şirkətlərlə müqayisədə iki dəfədən artıq çalışır.
Leo Burnett-in işçiləri üçün həvəsləndirmələr:
Burnett Hənqautları – Bizim əfsanəvi bayram şənliyimizdir. Məhsuldar iş və şənlik naminə bütün şirkət əməkdaşları üçün ofsaytlar təşkil olunur, bonus çekləri təqdim olunur. Yemək və içkilərlə bol olan bu şənliklər səhər saat 8:00 radələrindən başlayaraq gecə saatlarına qədər uzanır. Buna inanmaq üçün bu şənlikləri özünüz görməlisiniz.
Leonun ad günü – Hər il avqust ayının 5-də (şirkətin təsis olunmasının ildönümü) biz Burnettin doğum gününü qeyd edirik. Hər ilin öz mövzusu olur, şirkətin binası bəzədilir, hər kəsə səhər yeməyi paylanır və şirkətin istənilən bir məhsulu vestibülə çıxarılır. Hər bir işçi “ad günü” hədiyyəsi, eyni zamanda şirkətin həmin vaxta qədər fəaliyyət göstərdiyi hər bir il hesabına bir dollar alır.
Həmrəylik ruhu – Şirkət sizin cəlb oluna biləcəyiniz çoxlu sayda əlavə layihələr hazırlayır. Bununla yanaşı, biz “O Günü Geri Qaytar” şüarı ilə ildə bir günü özəl gün təyin edirik. Azərbaycan Skautlar Assosiasiyası ilə birgə bir sıra korporativ layihələr təşkil edirik.
Ayın Təbəssümü – “Burnetter” olmaq ulduzların daimi arzusudur. Bizim burada nə etməli olduğumuz barəsində sadə bir inancımız var. Biz insanları ən yaxşısını etmək üçün ruhlandırırıq. Biz bir-birimizə hörmətlə ehtiram göstəririk. Biz bir komanda olaraq çalışırıq. Biz hər zaman əla bir təbəssümlə gərgin işə girişməyə hazırıq! Biz hər ay təsadüfi olaraq “Ayın Təssümü”nü seçirik.
Qeyri-rəsmi geyim – Biz burada hər gün adi geyimdə oluruq. Bazar ertəsi əyninizə cins şalvar və sviter geyib ofisə gəlsəniz heç də pis olmaz.
Yerləşmə nöqtəsi – Leo Burnet şirkəti Bakının mərkəzində, 28 Mall ticarət mərkəzinin və restoranların yaxınlığında yerləşməklə, avtobus dayanacaqları və metronun da düz yanındadır.
İçəcək və qəlyanaltılar məntəqəsi - Ofisimiz müxtəlif çeşidli içki, çay, yüngül qəlyanaltılar, konfetlərlə və əlbəttə ki, möhtəşəm dada malik qəhvə ilə zəngin olan pulsuz içəcək məntəqəsi ilə təchiz olunub. Və bunlar hamısı limitsizdir!