Ən böyük Huawei telefonu
Huawei məhsulları və xidmətləri 170-dən çox ölkədə mövcud olsa da, əhalinin üçdə biri tərəfindən istifadə edilsə də, Azərbaycanda bu marka o qədər də geniş yayılmayıb. Yerli istehlakçıların bu marka haqqında az məlumatı var və onlar bu markanı keyfiyyətsiz mobil cihaz kimi qəbul edir.
Problemin həlli Huawei şirkətinin telekommunikasiya sahəsində 20 illik ekspertizasından və ən son texniki nəaliyyətləri istehlakçılara çatdırma sadiqliyindən faydalanmaq oldu. Biz Huawei’nin öz devizi olan – Daha Yaxşı Əlaqəli Dünya Qurmaq – devizini istifadə edərək, onu irimiqyaslı, inteqrasiya olunmuş BTL reklam kampaniyasına çevirdik. Biz mümkün olan ən böyük Huawei telefonunu dizayn etdik (Fotolar, Sosial Şəbəkələr, zənglər və s.). Yeganə fərq bu telefonun adi Huawei telefonundan 125 dəfə böyük olmasıdır.
Kampaniya həm sosial şəbəkələrdə, həm də BTL saytlarında tez bir zamanda yayıldı. 2.5 milyon tamaşaçı kütləsi ilə 1 ay ərzində keçirilən fəaliyyət, Huawei telefonlarının satış artımı və marka prestijinin yüksəlişinə gətirib çıxardı.
Ən Böyük Telefon Huawei, Ginesin Rekordlar Kitabına belə, “Ən Böyük Telefon Cəhdi” kimi daxil oldu.